Ceyhun Bayramov monteneqrolu həmkarı ilə bir sıra sahələr üzrə müzakirələr aparıb - YENİLƏNİB
Ceyhun Bayramov monteneqrolu həmkarı ilə bir sıra sahələr üzrə müzakirələr aparıb - YENİLƏNİBAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Monteneqro baş nazirinin beynəlxalq əlaqələr üzrə müavini və xarici işlər naziri Ervin İbrahimovla ikitərəfli münasibətlərin
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Monteneqronun baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.
Bu barədə "Report"a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud siyasi, iqtisadi, enerji və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Yüksək səviyyəli qarşılıqlı səfərlərin və xarici işlər nazirlərinin müavinləri səviyyəsində müntəzəm siyasi məsləhətləşmələrin keçirilməsinin Azərbaycan və Monteneqro arasında daimi siyasi dialoqun inkişafı və davam etdirilməsi üçün əhəmiyyətli rol oynadığı vurğulanıb.
C.Bayramov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimiz barədə qarşı tərəfi məlumatlandırıb və bu çərçivədə Azərbaycanın müvafiq ekoloji fəaliyyətlərdə Monteneqro ilə davamlı əməkdaşlığa hazır olduğunu bildirib.
Postmünaqişə dövründə ölkəmizin bərpa, yenidənqurma və sülh səylərindən ətraflı bəhs olunub, Azərbaycanın dayanıqlı sülh və təhlükəsizliyə istiqamətlənən səylərini bundan sonra da davam etdirəcəyi qeyd edilib.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
03:21
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Monteneqro baş nazirinin beynəlxalq əlaqələr üzrə müavini və xarici işlər naziri Ervin İbrahimovla ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji, turizm və humanitar aspektləri ilə bağlı konstruktiv müzakirə aparıb.
“Report” xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Biz bölgədəki münaqişədən sonrakı vəziyyətə, həmçinin COP29-a hazırlıq məsələlərinə də toxunduq”, - C.Bayramov qeyd edib.
Pleased to have a constructive discussion with @ErvinIbrahimov1, Deputy Prime Minister for International Relations and Minister of Foreign Affairs of Montenegro and discuss political, economic, energy, tourism, and humanitarian aspects of our bilateral relations.