“Ermənistan minalanmış ərazilər haqqında tam və dəqiq məlumat paylaşmaqdan imtina edir. Habelə, Ermənistan Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 12-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə deyib.
O bildirib ki, bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olubmuş 2728 piyada əleyhinə mina aşkar edilib. Bu yaxınlarda yerləşdirilmiş Ermənistan istehsalı olan minalar yerləşdirilmiş sahə artıq Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri tərəfindən yoxlanılıb: "Sülh quruculuğuna hədə törədən və müharibə cinayəti hesab olunan minaların davamlı şəkildə yerləşdirilməsi 30 illik münaqişədən sonra barışıq istiqamətində aparılan səylərə xələl gətirir”.
Nazir söyləyib ki, minaların Azərbaycan ərazisinə gətirilməsi yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsidir.