Nazir: “Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir”

Nazir: “Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir” “Bizə Birləşmiş Krallığın müvafiq orqanlarından ilkin məlumat verilib. Həmin qurumlar bu məsələ ilə çox ciddi məşğuldurlar”.
Xarici siyasət
9 Avqust , 2022 17:42
Nazir: “Britaniya Azərbaycan səfirliyinə hücumun təkrarlanmayacağına dair zəmanət verməlidir”

“Bizə Böyük Britaniyanın müvafiq orqanlarından ilkin məlumat verilib. Həmin qurumlar Azərbaycan səfirliyinə hücumun araşdırılması ilə çox ciddi məşğuldurlar”.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Birləşmiş Krallığın Bakıdakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Onunla hərtərəfli, ciddi söhbətimiz olub. Birinci məsələ və bizim Böyük Britaniyadan əsas gözləntimiz ilk növbədə Azərbaycana qarşı belə halların təkrarlanmamasına dair zəmanətlərin verilməsidir. Bu Birləşmiş Krallığın Vyana Konvensiyasına əsasən öhdəliyidir. Diplomatik missiyaların, diplomatların təhlükəsizliyinin, toxunulmazlığının qorunması Vyana Konvensiyasının əsasən, hər bir qəbul edən tərəfin birbaşa məsuliyyətidir”, - nazir vurğulayıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşma tərəfindən hücum olub.

Son xəbərlər

Orphus sistemi