Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri görüşüb
Xarici siyasət
30 İyul , 2021 20:05
Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə həmçinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti iştirak edib.

C.Bayramov müstəqillik tariximizin ən önəmli dövrünü yaşadığımızı qeyd edərək ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda apardığımız Vətən müharibəsi nəticəsində şanlı zəfərin əldə olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edib, habelə qüdrətli ordumuza fəxarətlə istinad edərək Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu önündə baş əydiyimizi vurğulayıb. Nazir yeni səfir təyinatları münasibətilə həmkarlarını təbrik edib.

O, müasir dövrün çağırışları fonunda hazırkı post-münaqişə mərhələsində ölkəmizin milli maraqları əsasında dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursu çərçivəsində qarşımızda duran əsas məqsəd və vəzifələr, o cümlədən əldə edilmiş zəfərin möhkəmləndirilməsindən bəhs edib.

Nazir dinamik şəkildə dəyişən mövcud vəziyyətdə Azərbaycan diplomatik nümayəndəliklərinin əsas fəaliyyət istiqamətləri barədə danışıb.

Ceyhun Bayramov eyni zamanda diplomatik nümayəndəliklərin rəhbərlərinə müxtəlif istiqamətlərdə fəaliyyət səmərəliliyinin artırılması üzrə görülmüş işlər barədə məlumat verib, onlara bu xüsusda məsləhət və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi