Ceyhun Bayramov: "Azərbaycan-Gürcüstan əlaqələri sürətlə inkişaf edir"

Ceyhun Bayramov: "Azərbaycan-Gürcüstan əlaqələri sürətlə inkişaf edir" O, Azərbaycanın Gürcüstanın əsas ixrac tərəfdaşı və əsas investoru olduğunu bildirib
Xarici siyasət
24 Sentyabr , 2020 13:08
Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan əlaqələri sürətlə inkişaf edir
Ceyhun Bayramov

“Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə əlaqələr sürətlə inkişaf edir”.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri  Ceyhun Bayramov deyib.

O, Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri və investoru olduğunu bildirib: "Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən enerji layihələri hər iki dövlət və xalqın rifahına xidmət etməklə yanaşı, Avropanın enerji təminatında da mühüm rol oynayır".

Son xəbərlər

Orphus sistemi