"ATƏT həllin bir parçası olmaq şansını itirib".
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında çıxışı zamanı deyib.
O diqqətə çatdırıb ki, ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə, o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu:
"Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstəmək Ermənistanı daha da cəsarətləndirdi. ATƏT həllin bir parçası olmaq şansına sahib idi, təəssüf ki, bunu itirdi".