Kairat Sarıbay: "Azərbaycan regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır"

Kairat Sarıbay: "Azərbaycan regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır" Ceyhun Bayramov AQEM Katibliyinin icraçı direktoru ilə görüşüb
Xarici siyasət
29 Mart , 2021 20:29
Kairat Sarıbay: Azərbaycan regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır
Kairat Sarıbay və Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində AQEM Katibliyinin icraçı direktoru Kairat Sarıbay ilə görüşü keçirilib.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə icraçı direktor Azərbaycanın ilk gündən etibarən AQEM çərçivəsində fəal iştirakını qeyd edərək, bu xüsusda təşəkkürünü ifadə edib.

Azərbaycanın AQEM çərçivəsində nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri üzrə əlaqələndirici rolu məmnunluqla qeyd olunub.

K.Sarıbay Azərbaycanın regional əməkdaşlıq və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını vurğulayıb.

Öz növbəsində C.Bayramov Azərbaycanın ilk gündən AQEM təşəbbüsünü dəstəklədiyini və bura qoşulan ilk dövlətlərdən biri olduğunu qeyd edib, sözügedən platformanın işində ölkəmizin yaxından iştirak etdiyini vurğulayıb. Nazir ölkəmizin nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı üzrə etimad quruculuq tədbirləri çərçivəsində ölkəmizin əlaqələndirici rolunun davam etdiriləcəyini və qarşıdan gələn müddət ərzində bu xüsusda növbəti tədbirin keçiriləciyini bildirib.

Görüşdə həmçinin tərəflər digər regional məsələlər ətrafında, xüsusilə də post münaqişə mərhələsində bölgədə yaranan yeni əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi