Karen Donfrid: "ABŞ bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəkləyir"

Karen Donfrid: "ABŞ bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəkləyir" İyunun 16-da xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.
Xarici siyasət
16 İyun , 2022 19:19
Karen Donfrid: ABŞ bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.

"Report"a bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan vəziyyət, o cümlədən post-münaqişə mərhələsində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan hökumətinin bölgədə münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandırıb.

Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi