Yuxarı
    Bağlamaq

    ​Çexiyanın Azərbaycandakı səfiri konfransda iştirak etmək üçün Praqaya gedib

    Konfransa ölkənin baş naziri də qatılacaq

    Bakı. 24 avqust. REPORT.AZ/ Çexiya Xarici İşlər Nazirliyində (XİN) bu ölkənin səfirlərinin iştirakı ilə illik konfrans başlayır.

    "Report"un Çexiya XİN-ə istinadən verdiyi məlumata görə, konfransda baş nazir Boquslav Sobotka, xarici siyasət idarəsinin rəhbəri Lübomir Zaoralek, həmçinin Fransa XİN rəhbəri Loran Fabius da daxil olmaqla bir sıra qonaqların çıxışları gözlənilir.

    Çexiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir Viteslav Pivonka konfransda iştirak etmək üçün Praqaya yola düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi