Çex Respublikasının Prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Çex Respublikasının Prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib
Xarici siyasət
16 Sentyabr , 2015 13:14
Çex Respublikasının Prezidenti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Çex Respublikasının Prezidenti Miloş Zeman sentyabrın 16-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. “Report” xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Çex Respublikasının Prezidenti Miloş Zeman Şəhidlər xiyabanını ziyarət edib. O, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi