Yuxarı
    Bağlamaq

    Çex Respublikası səfirliyinin nümayəndəsi Tərcümə Mərkəzində olub

    Çex-Azərbaycan əlaqələrinin inkişafına dair bir sıra məsələlər müzakirə edilib

    Bakı. 9 mart. REPORT.AZ/ Çex Respublikasının Azərbaycandakı səfirinin müavini Petr Vaqner Tərcümə Mərkəzində olub.

    Mərkəzdən "Report"a verilən məlumata görə, görüşdə Çex-Azərbaycan əlaqələrinin inkişafına dair bir sıra məsələlər müzakirə olunub.

    Belə ki, Mərkəzlə Çex səfirliyinin bir sıra layihələri - çex dilinə tərcümə prosesində olan "Müasir Azərbaycan ədəbiyyatı" antologiyasının, eləcə də Nizami Gəncəvinin "Xəmsə"sinin Çexiyada nəşri, həmçinin Çex ədiblərinin əsərlərindən ibarət olacaq "Müasir Çex ədəbiyyatı antologiyası"nın Azərbaycanda nəşri və digər məsələlər müzakirə edilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi