Cənubi Koreyanın baş naziri gələn həftə Azərbaycana səfər edəcək

Cənubi Koreyanın baş naziri gələn həftə Azərbaycana səfər edəcək Çon Xon Von Bakıda iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək
Xarici siyasət
154
20 Noyabr , 2014 14:55
Cənubi Koreyanın baş naziri gələn həftə Azərbaycana səfər edəcək

Bakı. 20 noyabr. REPORT.AZ/ Cənubi Koreyanın baş naziri Çon Xon Von noyabrın 26-da Azərbaycana səfər edəcək. "Report" Cənubi Koreya KİV-inə istinadən xəbər verir ki, səfər zamanı ikitərəfli əməkdaşlığın аktivləşdirilməsi, iqtisadi əməkdaşlığın, o cümlədən infrastruktur, neft kimyası və müdafiə sənayesi sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. 

Ç.X.Vonun Azərbaycan Prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub. 

Cənubi Koreyanın baş naziri Azərbaycana Misir və Mərakeşə səfərindən sonra gələcək.  

Son xəbərlər

Orphus sistemi