Cənubi afrikalı səyyah: “Şuşada genişmiqyaslı bərpa işləri aparılır”

Xarici siyasət
  • 16 iyun, 2023
  • 11:29
Cənubi afrikalı səyyah: “Şuşada genişmiqyaslı bərpa işləri aparılır”

“Şuşa şəhəri çox gözəldir, indi burada çoxlu bərpa işləri gedir və yəqin ki, bu da kifayət qədər tez başa çatacaq”.

Bunu “Report”a açıqlamasında Cənubi Afrika Respublikasından (CAR) olan səyyah Petro Marais bildirib.

“Burada bərpa işləri gedir və eşitdiyimə görə, onlar kifayət qədər tez başa çatacaq. Qarabağda çox şey gördük, yenidənqurmada nə qədər irəliləyiş var və dəfələrlə burada olmuş və bütün bunlara heyran olan Çarlzla (“Dünyanın ən çox səyahət edənlər” klubunun yaradıcısı) ilə səyahət etdikdə, artıq nə qədər iş görülüb” - deyə, o bildirib.

Marais dünən sərhəddə baş verən hadisəyə də münasibət bildirib:

“Dünən gecə baş verən hadisə ilə əlaqədar olaraq, mən Avstraliya Hərbi Dəniz Qüvvələrində xidmət etmişəm, döyüş bölgəsində olmuşam. Buna görə də düşünürəm ki, bu kimi vəziyyətlərə hazıram. Məni panikaya salan bir şey deyildi”.

Qeyd edək ki, Ermənistan hərbçilərinin Azərbaycanla sərhəddə törətdiyi silahlı təxribat nəticəsində işğaldan azad edilmiş Qarabağ ərazilərinə səfər edən bir qrup beynəlxalq səyahətçi marşrutunu dəyişərək daha uzun marşrutla Şuşaya getməyə məcbur olub.

44 filmi