Yuxarı

Cenevrə şəhərində I Avropa Oyunlarının təqdimatı keçirilib

İsveçrədə 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul mərasimi təşkil edilib

Bakı. 29 may. REPORT.AZ/ Mayın 28-də Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib. 

Nümayəndəlikdən "Report"a verilən məlumata görə, tədbirdə tədbirdə BMT-nin Cenevrə şəhərindəki bölməsinin baş direktoru M.Moller, BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə Regional Ofisinin direktoru Y.Dusik, habelə Cenevrə şəhərində yerləşən digər beynəlxalq təşkilatların rəhbər şəxsləri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Cenevrə kantonunun rəsmiləri, Cenevrədə yerləşən ali təhsil ocaqlarının müəllim heyətləri, səhiyyə qurumlarının rəhbərləri, İsveçrədə yaşayan soydaşlarımız, gənclər və azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasimdə ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti, habelə turizm potensialını əks etdirən materiallardan ibarət sərgi təşkil olunub, milli musiqi səsləndirilib, tədbir iştirakçılarına səfir, daimi nümayəndə Murad Nəcəfbəyli tərəfindən Azərbaycanın tarixi və mədəniyyəti, qədim dövlətçilik ənənələri barədə məlumat verilib. Eyni zamanda, tədbir iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini və incəsənətini, habelə turizm potensialını əks etdirən kitablar, nəşrlər və suvenirlər hədiyyə edilib.

Bununla yanaşı, mərasimdə iyunun 12-28-də Bakı şəhərində təşkil olunacaq I Avropa Oyunlarının təqdimatı keçirilib, səfir, daimi nümayəndə M.Nəcəfbəyli tərəfindən Oyunlara dair ətraflı məlumat verilib və bu xüsusda müvafiq slaydşou və videoçarx nümayiş olunub.

Qonaqlar Azərbaycanın son illər ərzində bütün sahələrdə inamla inkişaf etməsini yüksək qiymətləndirib və Bakı şəhərində keçiriləcək I Avropa Oyunları kimi bir sıra mötəbər beynəlxalq tədbirlərə ölkəmizin ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu məmnuniyyətlə qeyd ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi