Yuxarı

Türkiyə XİN başçısı: "Rusiya ilə münasibətlərin əvvəlki səviyyəyə qayıdacağına ümid edirik"

Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayan yeganə NATO üzvüyük

Bakı. 15 iyul. REPORT.AZ/ "Rusiya təyyarəsinin vurulmasından sonra Rusiya Türkiyəyə qarşı bir sıra tədbirlər həyata keçirdi. Amma biz bunu etmədik. Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayan yeganə NATO üzvüyük".

"Report" xəbər verir ki, bu sözləri brifinqdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Rusiya ilə münasibətlərin əvvəlki səviyyəyə qayıdacağına ümid edirik. Münasibətlərin normallaşmasında göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edirəm" - deyə M.Çavuşoğlu sözlərinə əlavə edib.

XİN başçısı bildirib ki, dünən Rusiyaya səfər edən Türkiyə nümayəndə heyəti çarter reyslərinin bərpası və turizm sektorunda əməkdaşlıq ilə bağlı vəziyyəti qiymətləndirib.

M.Çavuşoğlu həmçinin "Böyük iyirmiliy"in samitinə qədər Türkiyə və Rusiya prezidentlərinin görüşünün keçiriləcəyini də bildirib.

"Belə görüşlər münasibətlərin normallaşması üçün davam edəcək", - deyə nazir əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi