Cavid Vəliyev: Bəzi dövlətlər beynəlxalq hüquq məsələsində ikili standartları təbliğ edir

Cavid Vəliyev: Bəzi dövlətlər beynəlxalq hüquq məsələsində ikili standartları təbliğ edir Bəzi dövlətlər beynəlxalq hüququn fundamental prinsipləri ilə bağlı ikili standartları təbliğ edir.
Xarici siyasət
22 Avqust , 2024 11:34
Cavid Vəliyev: Bəzi dövlətlər beynəlxalq hüquq məsələsində ikili standartları təbliğ edir

Bəzi dövlətlər beynəlxalq hüququn başlıca prinsipləri ilə bağlı ikili standartları təbliğ edir.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.

C.Vəliyev, Niderlandın müstəmləkəsi olan Boneyra adasının əhalisinin uzun illərdir ki, müstəqillik uğrunda mübarizə apardığını vurğulayıb: “Xalqların müstəmləkə asılılığından azad olmaq hüququ beynəlxalq hüququn ən mühüm prinsiplərindən biridir. Bununla belə, bütün dekolonizasiya prosesi özlərini demokratik və liberal ölkələr adlandıran Qərb dövlətləri tərəfindən mürəkkəbləşdirilir”.

Onun sözlərinə görə, belə qənaətə gəlmək olar ki, bu konfrans təkcə Boneyra əhalisinin əsas hüquqlarının pozulmasına deyil, ümumilikdə beynəlxalq hüququn prinsiplərinə həsr olunub.

Son xəbərlər

Orphus sistemi