Səfir: “Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq”

Səfir: “Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq” Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq.
Xarici siyasət
23 Yanvar , 2023 12:33
Səfir: “Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq”

Çanaqqalada şəhid olmuş azərbaycanlılara həsr edilmiş abidənin açılışı yaxın aylarda olacaq.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qərbi Azərbaycan İcmasının rəhbər heyəti ilə görüşdə deyib.

“Türkiyə Şuşa Bəyannaməsi ilə əlaqələri müttəfiqlik səviyyəsinə çatdırılmış qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq”, - səfir bildirib.

O, bundan sonra da Türkiyənin qardaş Azərbaycanın yanında olacağını vurğulayıb:

“Tarixin hər dövründə çiyin-çiyinə düşmənə qarşı birlikdə hərəkət etmişik”.

“Gələn aylarda Çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün tikilən abidənin açılışı olacaq”-, səfir diqqətə çatdırıb.

C.Bağcı vurğulayıb ki, bölgədə sülhün və təhlükəsizliyin əbədi olması Türkiyə üçün də çox önəmlidir:

“Bu baxımdan görülməli işlər çoxdur”.

Son xəbərlər

Orphus sistemi