"Bu gün Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım günüdür. Heydər Əliyevi rəhmətlə anırıq".
"Report"un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.
Onun sözlərinə görə, Heydər Əliyev müasir Azərbaycanın quruluşu, azadlığı uğrunda ən önəmli addımları atan, eyni zamanda Türkiyə-Azərbaycan münasibətlərinin tarixində önəmli liderdir:
"Bugünkü Türkiyə-Azərbaycan münasibətlərinin təməli Heydər Əliyev tərəfindən qoyulub. Bir millət-iki dövlət anlayışının memarı Heydər Əliyevdir. Bu anlayış Türkiyə-Azərbaycan münasibətlərinin mayasıdır. Ümummilli liderin yeganə vəsiyyəti Qarabağın azad edilməsi idi. Bu gün Qarabağ azaddır. Bu gün Heydər Əliyev məzarında rahat yatır."