Cahit Bağcı: "Beş il əvvəl Türkiyədə vətəndaş müharibəsi başlaya bilərdi"

Cahit Bağcı: "Beş il əvvəl Türkiyədə vətəndaş müharibəsi başlaya bilərdi" “O hadisələrdən 5 il keçir. Türkiyə üçün çoxlu ibrət dərsləri olub, öyrəndiklərimiz üstümüzə böyük məsuliyyət qoyur”.
Xarici siyasət
14 İyul , 2021 20:42
Cahit Bağcı: Beş il əvvəl Türkiyədə vətəndaş müharibəsi başlaya bilərdi
Cahit Bağçı

“O hadisələrdən 5 il keçir. Türkiyə üçün çoxlu ibrət dərsləri olub, öyrəndiklərimiz üstümüzə böyük məsuliyyət qoyur”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “15 iyul demokratiya və milli birlik günü” adlı onlayn konfransda bildirib.

Diplomat 2016-cı il iyulun 15-də Türkiyənin vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyini dilə gətirib: “15 iyul dirçəlişin rəmzidir. Türk xalqı iradəsini ortaya qoyaraq hökumətə dəstək verdi. Eynilə Qarabağda da azərbaycanlı qardaşlarımız tarixi torpaqlarını erməni işğalından azad edərək Vətənə qayıtdılar. Budur milli iradənin təcəllisi”.

C.Bağçı həmçinin həmin faciəvi hadisələrdə həlak olanların xatirəsini yad edib.

Xatırladaq ki, 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevriliş cəhdi baş verib. Amma Prezident Rəcəb Tayyib Ərdoğanın müraciətindən sonra küçələrə çıxan on minlərlə əhali bu cəhdin qarşısını alıb. Küçə toqquşmaları zamanı 250-dən artıq insan ölüb.

Son xəbərlər

Orphus sistemi