Yuxarı

Budapeştdə "Macar mətbuatı Azərbaycan haqqında. 2014" kitabı çap edilib

Kitab Macarıstanın kitabxanalarına hədiyyə edilib, habelə rəsmi dairələr və diplomatik korpus təmsilçiləri arasında yayılıb

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdə "Macar mətbuatı Azərbaycan haqqında. 2014" kitabı çap edilib. Səfirlikdən "Report"a verilən xəbərə görə, 200 səhifə həcmində kitabda ötən il ərzində müxtəlif macar qəzet və jurnallarının Azərbaycan, onun iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, qarşılıqlı əlaqələr haqqında çap etdiyi məqalə, oçerk, müsahibə, səfər təəssüratları, informasiyalar öz əksini tapıb.

Azərbaycan Prezidenti İlham Əliyevin keçən ilin noyabr ayında Budapeştə işgüzar səfəri zamanı macar mətbuatında dərc edilən materiallara xüsusi yer ayrılıb.

Kitabın tərtibçiləri Səfirliyin birinci katibi Zaur Paşayev və Eva Komandır. Materialları macarcadan rus dilinə Eva Koman çevirib. Nəşrin buraxılışı üçün məsul olan səfir Vilayət Quliyev həm də kitaba "Azərbaycan nəyə görə macar jurnalistləri üçün cəlbedici ölkəyə çevrildi?" adlı ön söz yazıb.

Kitab Macarıstanın kitabxanalarına hədiyyə edilib, habelə rəsmi dairələr və diplomatik korpus təmsilçiləri arasında yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi