Bu gün Strasburqda AŞPA-nın payız sessiyası işə başlayır

Bu gün Strasburqda AŞPA-nın payız sessiyası işə başlayır Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayır.
Xarici siyasət
8 Oktyabr , 2018 09:34
Bu gün Strasburqda AŞPA-nın payız sessiyası işə başlayır
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayır.

"Report" xəbər verir ki, sessiyanın gündəliyinə Avropada miqrantların və diaspor cəmiyyətlərinin radikallaşması məsələləri daxildir. Azərbaycanlı deputat Sahibə Qafarova bu mövzuda məruzə ilə çıxış edəcək.

Həmçinin AŞPA sessiyasının iştirakçıları İsrail ədliyyə sistemində fələstinli azlıqlarla rəftar məsələsini, Serbiyanın götürdüyü öhdəlikləri nə dərəcədə yerinə yetirməsini müzakirə edəcək və Avropa Şurasının BMT-nin insan hüquqları sahəsindəki mexanizmləri ilə əməkdaşlığını qiymətləndirəcəklər.

Eyni zamanda sessiya çərçivəsində Albaniya, Norveç və Türkiyə üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə hakimlərin seçilməsi baş tutacaq.

Sessiyanın işi oktyabrın 12-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi