Rusiyadan gətirilən daha 175 azərbaycanlı Vətənə çatıb - YENİLƏNİB

Rusiyadan gətirilən daha 175 azərbaycanlı Vətənə çatıb - YENİLƏNİB Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.
Xarici siyasət
1800
27 May , 2020 19:15
Rusiyadan gətirilən daha 175 azərbaycanlı Vətənə çatıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

Bu barədə "Report"a "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.


***15:25

Moskvadan Azərbaycan vətəndaşlarının daha bir hissəsini Vətənə gətirən xüsusi təyyarə yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 13:50-də) havaya qalxıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, təyyarədə 175 nəfər var.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. O cümlədən hazırda Rusiyada yaşayan və evegedirem.info saytında qeydiyyatdan keçən vətəndaşlar vətənə yola düşəcəkləri gün və saat barədə telefon zəngi və ya SMS vasitəsilə xəbərdar ediləcəklər.

Orphus sistemi