Hansı ölkələri Azərbaycana dost sayırsınız?

Hansı ölkələri Azərbaycana dost sayırsınız? Ölkələr zaman-zaman bir-birinə dəstək göstərirlər. Azərbaycan da dost dövlətlərə kömək göstərib, onlardan dost yardımıgörüb. Elə ən yaxın hadisələri götürək. Bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı ərəfədə Azərbaycana böyük dövlətlərd
Xarici siyasət
31 İyul , 2020 14:36
Hansı ölkələri Azərbaycana dost sayırsınız?

Ölkələr zaman-zaman bir-birinə dəstək göstərirlər. Azərbaycan da hər zaman dost dövlətlərə yardım edib, onlara dayaq olub, eyni zamanda dost dövlətlər də ölkəmizə kömək göstəriblər. Elə ən yaxın hadisələri götürək. Bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı ərəfədə Azərbaycana böyük dövlətlərdən, dost respublikalardan yardımlar göndərilib. Azərbaycan da bir sıra dost dövlətlərə yardım edib. 

"Report" xatırladır ki, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycana tibbi yardım məqsədilə 1,7 milyon ABŞ dolları həcmində yardım ayırıb.

Azərbaycan və Çin xalqları dostluq ənənələrinə sadiq qalaraq çətin günlərdə həmrəylik nümayiş etdiriblər. Aprel ayından etibarən ÇXR-dan Azərbaycana 100 min ədəd gündəlik qoruyucu tibbi maska, 10 min ədəd N95 tibbi maskası, COVID-19 virusunu müəyyən edən 10 min ədəd test dəsti, 5 000 ədəd qoruyucu geyim, 5 000 ədəd qoruyucu tibbi eynək, 1 ədəd süni tənəffüs aparatı, 1 ədəd koronavirus nukleyd turşusunu müəyyən edən laborator aparat və 100 ədəd məsafədən ölçən infraqırmızı termometrdən ibarət yardım göndərilib.

Ardınca ikinci və üçüncü dəstini - 5 000 ədəd epidemiya aşkarlayıcı test, 10 qeyri-invaziv süni tənəffüs aparatı, 3 500 dəst tibbi qoruyucu geyim, 600 min birdəfəlik tibbi maska, 50 min KN95 tibbi maskası gətirilib.

Polşa, Birləşmiş Ərəb Əmirlikləri də təyyarə ilə dərman və tibbi müdafiə ləvazimatları göndəriblər.

İyulun 5-də qardaş ölkə Türkiyə də koronavirusla (COVID-19) mübarizəyə dəstək məqsədilə 30 ədəd süni tənəffüs aparatı, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi maska, 5 min tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı daxil olmaqla humanitar yardım göndərib.

Bu yardımlar təkcə tibbi avadanlıq və ləvazimatlarla yekunlaşmayıb. Azərbaycan COVID-19-la mübarizəyə 200 nəfərə yaxın xarici həkim cəlb edib. Belə ki, Kubadan 115, Türkiyədən 47, Rusiyadan 20-dən çox həkim Azərbaycana gətirilib.  

Azərbaycan da, öz növbəsində, yardımlardan kənar qalmayıb. Belə ki, bir neçə dəfə Sumqayıtdan Çinin şəhərlərin minlərlə maska, steril əlcək, spirt yola salınıb.

Ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon ABŞ dolları ayrılıb. Qoşulmama Hərəkatının sədri kimi də əlavə 5 milyon ABŞ dolları ianə verilib. Həmçinin Çin, İran, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya və Herseqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Moldova, Tacikistan, Serbiya və başqa ölkələrə humanitar yardımlar edilib.

Virus hələ də davam etdiyinə görə ölkələrin bir-birinə yardımları davam etməkdədir. 

Bəli, dost çətin gündə tanınar. Dostların bir-birini dəstəkləməsi isə işıqlı gələcəyin təminatçısıdır!

Bəs vətəndaşlar hansı ölkələri Azərbaycana dost sayırlar? "Report" bununla bağlı sorğu keçirib.

Son xəbərlər

Orphus sistemi