Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin regional və yerli hakimiyyət orqanlarının konfransı keçirilib

Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin regional və yerli hakimiyyət orqanlarının konfransı keçirilib Proqrama daxil olan ölkələrdə bələdiyyələrin inkişafının dəstəklənməsi ilə bağlı tədbirlər və Aİ-nin bu sahədəki təşəbbüsləri müzakirə edilib
Xarici siyasət
24 Aprel , 2015 11:31
Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin regional və yerli hakimiyyət orqanlarının konfransı keçirilib

Bakı.24 aprel. REPORT.AZ/ Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin regional və yerli hakimiyyət orqanlarının konfransı (CORLEAP) keçirili. Konfransın məqsədi proqrama üzv dövlətlərdə bələdiyyələrin inkişafının dəstəklənməsidir. "Report" "ENPI" mərkəzinə istinadən xəbər verir ki, konfrans iştirakçıları Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusda bələdiyyələrin inkişafının dəstəklənməsi ilə bağlı tədbirləri və Aİ-nin 2015-2016-ci illər üçün bu sahədəki təşəbbüslərini müzakirə ediblər.

Qeyd edək ki, CORLEAP Regionlar Komitəsi tərəfindən 2011-ci ildə təsis edilib və Avropa İttifaqının və Şərq Tərəfdaşlığı proqramı ölkələrinin 36 regional və yerli seçkili orqan nümayəndələrini özündə birləşdirir. 

Son xəbərlər

Orphus sistemi