Brüsseldə İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti arasında görüş olub

Brüsseldə İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti arasında görüş olub Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.
Xarici siyasət
588
14 Dekabr , 2021 18:05
Brüsseldə İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti arasında görüş olub

Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.

"Report" xəbər verir ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Şarl Mişelin Azərbaycan Respublikasına səfəri xatırlayıb. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanıb. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirib.

Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 

17:28

Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.

"Report" xəbər verir ki, Ş.Mişel dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Son xəbərlər

Orphus sistemi