Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub - YENİLƏNİB

Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub - YENİLƏNİB Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
Xarici siyasət
14 May , 2023 19:14
Brüsseldə İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub - YENİLƏNİB

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

15:10

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

Bu barədə "Report"un Brüsselə ezam olunmuş müxbiri xəbər verir.

Qeyd edək ki, bu gün səhər saatlarında Prezident İlham Əliyev və Şarl Mişel arasında görüş keçirilib. Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə ediblər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi