Yuxarı

Britaniyanın Azərbaycandakı səfirliyi vizaların verilməsində mümkün gecikmələrlə bağlı xəbərdarlıq edib

Bu, İstanbuldakı hava şəraiti ilə bağlıdır

Bakı. 19 fevral. REPORT.AZ/ Böyük Britaniyanın Azərbaycandakı səfirliyi vizaların verilməsində mümkün ola biləcək gecikmələrlə bağlı xəbərdarlıq yayıb.

"Report" səfirliyin verdiyi məlumata istinadən xəbər verir ki, İstanbulda güclü qar səbəbindən onlarla şəhərlərə, o cümlədən Bakıya da aviareyslər təxirə salınıb. 

Məlumatda deyilir ki, hazırda Azərbaycan vətəndaşlarına vizaların verilməsi məsələsinə baxan prosessinq mərkəzi İstanbulda yerləşdiyinə görə vizaların verilməsində və ya vizanın alınması üçün İstanbula müraciətin göndərilməsində müəyyən gecikmələr yarana bilər.

Səfirlik vətəndaşlara vizaların verilməsi ilə bağlı məsələni  http://www.ge2tr.tpcontact.co.uk/. saytında izləməyi məsləhət görüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi