Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib Azərbaycan Respublikasının Londandakı səfirliyində dünən baş verən insidentlə bağlı açıqlama. Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparı
Xarici siyasət
5 Avqust , 2022 09:40
Britaniya Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyən açıqlama yayıb.

"Report" xəbər verir ki, açıqlamada deyilir:

"Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır.

Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb və 8 nəfər həbs edilib.

Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır".

Son xəbərlər

Orphus sistemi