Britaniya səfiri Cəbrayıla gedib, minatəmizləmə işləri ilə tanış olub
Britaniya səfiri Cəbrayıla gedib, minatəmizləmə işləri ilə tanış olubBritaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Qarabağda minatəmizləmə işləri ilə tanış olub.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Ermənistanın işğalından azad olunan Cəbrayıl rayonunda minatəmizləmə işləri ilə tanış olub.
“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Cəbrayılda “Qaya Safety Solutions şirkətini ziyarət etdim və orada həyata keçirilən mühüm təmizləmə əməliyyatları ilə tanış oldum. Mən həm də minaların harada olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum”, - o yazıb.
Bu gün @SafeLaneGlobal-ın düşərgəsini və həmkar Qaya Safety Solutions şirkətini #Cəbrayıl-da ziyarət etdim və orda həyata keçirilən mühüm təmizləmə əməliyyatları ilə tanış oldum.
Mən həm də minaların harda olduğunu müəyyən edə bilən bu işçilərlə tanış oldum! pic.twitter.com/jVSh5ekIQ4