Britaniyanın Azərbaycandakı səfiri Ağalıya gedib, şagirdlərlə görüşüb

Britaniyanın Azərbaycandakı səfiri Ağalıya gedib, şagirdlərlə görüşüb Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld işğaldan azad olunmuş Zəngilan rayonun Ağalı kəndindəki məktəbdə olub, şagirdlərlə görüşüb.
Xarici siyasət
14 Mart , 2023 13:52
Britaniyanın Azərbaycandakı səfiri Ağalıya gedib, şagirdlərlə görüşüb
Fergus Auld

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld işğaldan azad olunmuş Zəngilan rayonun Ağalı kəndindəki məktəbdə olub, şagirdlərlə görüşüb.

“Report” xəbər verir ki, bunu diplomat tviterdə yazıb.

“Səməninin yaşıl cücərtisi kimi bu kənd də dağıntılar dövründən sonrakı həyatın ilk nişanələridir. Ağalıda uşaqlar Britaniya və Azərbaycanın birgə səyləri nəticəsində yenidən təhlükəsiz şəraitdə təhsil ala bilirlər”, - səfir bildirib.

Son xəbərlər

Orphus sistemi