Britaniyalı nazir Müşviqabad qəsəbəsindəki təhsil mərkəzində olub

Britaniyalı nazir Müşviqabad qəsəbəsindəki təhsil mərkəzində olub Nnazir Mərkəzin müəllim və şagirdləri ilə söhbət edib
Xarici siyasət
8 Fevral , 2021 12:16
Britaniyalı nazir Müşviqabad qəsəbəsindəki təhsil mərkəzində olub

Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfərə çərçivəsində Qaradağ rayonunun Müşviqabad qəsəbəsində yerləşən “British Council” Təhsil Mərkəzində olub.

“Report” xəbər verir ki, nazir Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən mərkəzin müəllim və şagirdləri ilə söhbət edib.

Xatırladaq ki, Bakının Qaradağ rayonunun Müşviqabad qəsəbəsində qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksində yerləşən İngilis dili üzrə Resurs Mərkəzi Təhsil Nazirliyi, Britaniya hökuməti və “British Council”ın dəstəyi ilə 2019-cu ildə açılıb.

Son xəbərlər

Orphus sistemi