Britaniyalı deputat Azərbaycanı tənqid edənləri ikiüzlü adlandırıb

Britaniyalı deputat Azərbaycanı tənqid edənləri ikiüzlü adlandırıb "Azərbaycanı tənqid edənlər əvvəlcə öz ölkələrində baş verənlərdən danışmalıdırlar"
Xarici siyasət
22 İyun , 2021 12:43
Britaniyalı deputat Azərbaycanı tənqid edənləri ikiüzlü adlandırıb
Foulks Corc

"Azərbaycanı tənqid edənlər əvvəlcə öz ölkələrində baş verənlərdən danışmalıdırlar".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, lord Foulks Corc (Foulkes George) qurumun bu gün keçirilən yay sessiyası zamanı "Mətbuat azadlığı, ictimaiyyətin inamı və vətəndaşların bilmək hüquqü" adlı hesabatın müzakirəsi zamanı bildirib.

O, AŞPA-nın üzv dövlətlərinin deputatlarını özlərindəki problemlərə toxunmadan digər ölkələri tənqid etmələrini kəskin pisləyib: "Burada Türkiyə, Rusiya və Azərbaycandakı mətbuat azadlığını tənqid edənlərin nəzərinə çatdırmaq istəyirəm ki, gəlin, biz öz ölkələrimizdə baş verənlərə baxaq. Başqa ölkələrə verdiyimiz tövsiyələri öz ölkəmizdə tətbiq edək. Öz ölkələrimizdə mətbuata göstərilən təsirlərdən hamımızın xəbəri var. Mənim ölkəmdə hətta BBC belə bu şübhələrdən uzaq deyil. Öz ölkəsində baş verənlərə göz yumaraq başqa dövlətləri tənqid etmək ikiüzlülükdür".

Son xəbərlər

Orphus sistemi