Britaniyanın Azərbaycandakı səfirliyi bəzi viza xidmətlərini dayandırıb

Britaniyanın Azərbaycandakı səfirliyi bəzi viza xidmətlərini dayandırıb Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəzi kateqoriyalar üzrə yeni viza müraciətləri müvəqqəti olaraq qəbul etməyəcək
Xarici siyasət
15 Mart , 2022 17:25
Britaniyanın Azərbaycandakı səfirliyi bəzi viza xidmətlərini dayandırıb

Ukraynadakı vəziyyət Böyük Britaniya tərəfindən vizaların verilməsinə təsir göstərib.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Məlumata görə, Böyük Britaniyanın Viza və Miqrasiya İdarəsi bildirib ki, Ukraynadakı vəziyyətin yaratdığı humanitar böhran səbəbindən təhsil vizası, iş və ailə vizaları üçün yeni müraciətlər üçün "Prioritet" və "Super Prioritet" viza xidmətləri dayandırılıb. Standart ziyarətçi vizalarının hazırlanması orta hesabla 6 həftə çəkir.

Böyük Britaniyanın Viza və Miqrasiya İdarəsi yaranan narahatlığa görə üzr istəyir.

Son xəbərlər

Orphus sistemi