Britaniya səfiri: "Azərbaycanın Ukraynaya yardımı artıracağını elan etməsini alqışlayıram"
Britaniya səfiri: "Azərbaycanın Ukraynaya yardımı artıracağını elan etməsini alqışlayıram""Azərbaycanın Ukraynaya Rusiyanın işğalı ilə mübarizəsinə dəstək üçün minalardan təmizləmə və digər həyatı əhəmiyyətli sahələrdə yardımı artıracağını elan etməsini alqışlayıram".
"Azərbaycanın Rusiyanın işğalı ilə mübarizədə minaların təmizlənməsi və digər həyati əhəmiyyətli sahələrdə Ukraynaya yardımı artıracağını elan etməsini alqışlayıram".
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb.
O, rəsmi Bakının Kiyevə dəstəklə bağlı konfransda iştirak etməsini yüksək qiymətləndirdiyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında çıxışı zamanı bildirib ki, rəsmi Bakı minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir.
Nazir çoxsaylı insan təlafatı və humanitar fəlakətə səbəb olan Ukrayna ətrafında yaranmış vəziyyətin Avropada sülh və təhlükəsizliyə böyük təhdid olduğunu deyib. O, bu xüsusda, Azərbaycanın yaranmış bu böhranın Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində ən qısa zamanda həllini tapmasını dəstəklədiyini söyləyib.
höküməti @Bayramov_Jeyhun -un #UkraineRecoveryConference-da iştirak etməsini yüksək qiymətləndirir. -nın Ukraynaya Rusiyanın işğalı ilə mübarizəsinə dəstək üçün minalardan təmizləmə və digər həyatı əhəmiyyətli sahələrdə yardımı artıracağını elan etməsini alqışlayıram. https://t.co/RqQxzpaNIp