Biz artıq ənənəvi enerjinin sonunu yaşayırıq.
"Report" xəbər verir ki, bunu Böyük Britaniya parlamentinin üzvü Ser Alok Şarma (Ser Alok Sharma) "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun dördüncü panel müzakirəsində deyib.
O bildirib ki, iqlim dəyişiklikləri dünyada baş verən hadisələrə ciddi təsir edir: "Odur ki, ölkələr bir araya gəlməlidir. Sərhəd tanımadan tədbirlər görülməlidir".
Natiq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tarixi hadisə olacağına inamını ifadə edib: "Əslində, hər bir COP tarixi əhəmiyyət kəsb edir. Bununla belə, düşünürəm ki, COP29 həm də bünövrə rolunu oynayacaq".