Braziliya telekanalında Ermənistanın Azərbaycana təcavüzündən bəhs edilib

Braziliya telekanalında Ermənistanın Azərbaycana təcavüzündən bəhs edilib Braziliyanın aparıcı “Rebe TV2 telekanalında, “Por Brasilia” (Braziliya ətrafında) proqramı çərçivəsində, Azərbaycan Respublikasının bu ölkədəki səfiri E.Poluxovun Azərbaycana həsr edilmiş müsahibəsi yayımlanıb.
Xarici siyasət
853
21 Sentyabr , 2020 00:06
Braziliya telekanalında Ermənistanın Azərbaycana təcavüzündən bəhs edilib
0 : 00
0 : 00

Braziliyanın aparıcı “Rebe TV2" telekanalında “Por Brasilia” ("Braziliya ətrafında") proqramı çərçivəsində Azərbaycan Respublikasının bu ölkədəki səfiri E.Poluxovun ölkəmizə həsr edilmiş müsahibəsi yayımlanıb.

Səfirlikdən “Report”a verilən məlumata görə, E.Poluxov müsahibəsində Braziliya ilə Azərbaycan arasında əlaqələrin qurulması tarixi, ölkələr arasında ikitərəfli və çoxtərəfli sahədə əməkdaşlıq və onun perspektivləri, inkişaf etdirilməsi tələb edən iqtisadi əlaqələrin potensialından danışıb.

Müsahibədə həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri, son zamanlar bu ölkənin aqressiv ritorikası və beynəlxalq aləmin buna reaksiya verməməsi məsələlərinə də toxunulub.

Müsahibədə səfir ölkəmizdə COVID-19 pandemiyası ilə aparılan mübarizə və bunun müsbət nəticələri, ölkə rəhbərliyinin bu məsələyə verdiyi xüsusi diqqət və Prezident İlham Əliyevin beynəlxalq səviyyədə bu virus ilə mübarizə istiqamətində atdığı addımlar və qaldırdığı təşəbbüslər və onlara xaricdə verilən geniş dəstək haqqında danışıb.

Müsahibə telekanalda ölkəmizə həsr edilmiş “Azərbaycan diqqət mərkəzində” adlı silsilə proqramların ilk hissəsi olub. Proqram hər həftənin şənbə günləri efirə çıxır və bazar günü təkrarlanaraq, həmçinin sosial şəbəkələr vasitəsilə də yayımlanır.   

Son xəbərlər

Orphus sistemi