Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib Ferqus Old Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri təyin olunub.
Xarici siyasət
25 Aprel , 2022 16:57
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib

Ferqus Old Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin olunub.

Bu barədə “Report” Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Ferqus Oldun hazırkı səfir Ceyms Şarpı 2022-ci ilin avqust ayında əvəz edəcəyi bildirilir.

Xatırladaq ki, F.Old 2002-ci ildən 2005-ci ilədək Böyük Britaniyanın Banqkokdakı (Tailand) səfirliyində ikinci katib, 2008-2011-ci illərdə Nyu-Dehlidə (Hindistan) iqlim dəyişikliyi və energetika üzrə şöbənin müdiri, daha sonra iqlim dəyişikliyi məsələləri üzrə birinci katib, 2011-2014-cü illərdə isə Moskva şəhərində siyasi müşavir vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi