Yuxarı
    Bağlamaq

    Böyük Britaniya xarici işlər nazirinin müavini Azərbaycanda səfərdədir

    Səfər Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub

    Bakı. 6 mart. REPORT.AZ/ Böyük Britaniya xarici işlər nazirinin müavini Saymon Makdonald Azərbaycanda səfərdədir.

    Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, S.Makdonaldın səfəri Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

    Səfər zamanı nazir müavini bir sıra rəsmi şəxslərlə, o cümlədən Azərbaycan XİN-də görüşlər keçirəcək.

    Bundan əlavə, S.Makdonald Heydər Əliyev Mərkəzini ziyarət edəcək və "ADA" Universitetində tələbələr üçün mühazirə oxuyacaq. Mühazirə zamanı o, "Brexit" və Böyük Britaniya üçün bu addımın nəticələri barədə məlumat verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi