Yuxarı

Boris Tadiç: "Azərbaycan və Serbiya arasında bir çox oxşarlıqlar var"

Serbiyada bir çox Azərbaycan tikinti şirkətləri fəaliyyət göstərir

Bakı. 10 mart. REPORT.AZ/ "Azərbaycan və Serbiya arasında bir çox oxşarlıqlar var". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiyanın keçmiş prezidenti Boris Tadiç deyib.

Onun sözlərinə görə, hər iki ölkə strateji mövqeyə malikdir: "Digər oxşarlığımız isə oxşar problemlərimizin olmasıdır. Biz Kosova, Azərbaycan isə Qarabağ probleminə görə narahatdır".

Azərbaycanın əhəmiyyətindən danışan B.Tadiç ölkəmizin neft-qaz sferasında mühüm rol oynadığını bildirib: "Mən iqtisadi əlaqələrin gücləndirilməsi üçün çox çalışdım. İndi Serbiyada bir çox Azərbaycan tikinti şirkətləri fəaliyyət göstərir. Bundan əlavə, Serbiyanın Cənub Qaz Dəhlizinə qoşulmasını istərdim". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi