Borel: “Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində fəaliyyətini davam etdirir”

Xarici siyasət
  • 16 may, 2023
  • 05:57
Borel: “Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində fəaliyyətini davam etdirir”

“Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində fəaliyyətini davam etdirir”.

“Report” xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünə dair tviterdə yazıb.

O xatırladıb ki, görüş zamanı Aİ Şurasının Prezidentinin vasitəçiliyi ilə üçtərəfli müzakirələrin yenidən başlanması müsbət qarşılanıb: “Biz həmçinin Aİ-Azərbaycan münasibətlərinə dair fikir mübadiləsi apardıq”.

44 filmi