Bonayreli fəal: Bir neçə onillikdən sonra xalqımız mövcud olmaya bilər

Bonayreli fəal: Bir neçə onillikdən sonra xalqımız mövcud olmaya bilər Bu gedişlə bir neçə onillikdən sonra bizim xalq artıq mövcud olmayacaq.
Xarici siyasət
14 Noyabr , 2024 16:41
Bonayreli fəal: Bir neçə onillikdən sonra xalqımız mövcud olmaya bilər
Ceyms Finies

Bu gedişlə bir neçə onillikdən sonra bizim xalq artıq mövcud olmayacaq.

"Report" xəbər verir ki, bunu Bonayre İnsan Hüquqları Təşkilatının nümayəndəsi Ceyms Finies "Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik" şüarı ilə Niderlanda və Fransa müstəmləkəçiliyinə qarşı keçirilən aksiya zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Bonayrenin son dörd əsrdə müstəmləkə rejimi altında yaşamaq məcburiyyətində qaldığnı bildirib:

“Qaldırmaq istədiyimiz beynəlxalq məsələ budur ki, bizim 400 il ərzində bir azad günümüz olmayıb. Çünki bizim bu dünyada mövcudluğumuz tanınmır. Azərbaycanda olmağımızdan xoşbəxtik. Bakı Təşəbbüs Qrupu bizə əl uzatmasaydı, sizin də xəbəriniz olmadan bu dünyadan yox olacaqdıq”.

Onun sözlərinə görə, qarşılaşdıqları problemlər üzündən Bonayrenin yerli əhalisinin sayı xeyli azalıb:

"Biz kiçik ada ölkəsiyik, amma onlar bizi məhv etməyə çalışırlar. 2024-cü ildə yerli əhalinin nisbəti 30 faizdən aşağı düşüb. Bu gedişlə bir neçə onillikdən sonra bizim xalq artıq mövcud olmayacaq, siz burada heç vaxt bir bonairli görməyəcəksiniz.

Bu gün xalqımız yenidən ümidlənə bilər. Dünyada bizə önəm verən insanlar var. Çünki bu dünyada hamı kimi eyni hüquq və ləyaqətlə doğulmuşuq. Biz də sülh şəraitində yaşamağa, inkişaf etməyə layiqik”.

Son xəbərlər

Orphus sistemi