Yuxarı
    Bağlamaq

    Bolqarıstan prezidenti Azərbaycan səfirini təltif edib

    Prezident Rosen Plevneliyev diplomata birinci dərəcəli Stara Planina ordeni təqdim edib

    Bakı. 11 yanvar. REPORT.AZ/ Bolqarıstan prezidenti Rosen Plevneliyev Azərbaycanın bu ölkədəki səfiri Emil Kərimovu təltif edib.

    "Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, prezident E.Kərimova Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafına verdiyi töhfəyə görə birinci dərəcəli "Stara Planina" ordeni təqdim edib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il dekabrın 23-də imzaladığı sərəncama əsasən, E.Kərimov Bolqarıstandakı diplomatik fəaliyyətini başa vurur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi