Gürcü nazir: Azərbaycanla strateji tərəfdaşlıq bizim üçün vacibdir
Xarici siyasət
- 16 yanvar, 2025
- 13:25
Gürcüstan üçün Azərbaycanla strateji tərəfdaşlıq çox vacibdir.
“Report”un məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
"Ölkələrimiz arasında möhkəm strateji tərəfdaşlığın arxasında dərin tarix dayanır. Biz sizinlə tərəfdaşlığı yüksək qiymətləndiririk", - o bildirib.
Gürcü nazirin sözlərinə görə, XİN başçısı qismində ilk səfərini məhz Azərbaycana etməsi strateji tərəfdaşlığın sübutudur.
M.Boçorişvili əlavə edib ki, azərbaycanlı həmkarı ilə görüşdə iki ölkə arasında bütün istiqamətlər üzrə münasibətlərin intensivləşdirilməsi məsələləri, həmçinin Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Son xəbərlər
01:44
Pezeşkian: Yaxın Şərqdə müharibə nə İranın, nə də ABŞ-nin maraqlarına uyğundur
Region01:31
ABŞ Prezidenti hesab edir ki, demokratlar daha bir şatdaun istəmirlər
Digər ölkələr01:16
Video
Qərbi Azərbaycan Xronikası: Döyüş baltaları və əyri qılıncların gizli fəlsəfəsi olub
Daxili siyasət00:57
"Filadelfiya"nın basketbolçusu Corc 25 oyunluq diskvalifikasiya olunub
Komanda00:39
Foto
Rusiya Dnepropetrovsk vilayətinə zərbələr endirib, ölən və xəsarət alanlar var
Digər ölkələr00:19
Azərbaycan cüdoçuları Belçikada beynəlxalq turnirin ilk günündə 7 medal qazanıblar
Fərdi23:57
Ukrayna və NATO arasında əməkdaşlığın əsas prioritetləri razılaşdırılıb
Digər ölkələr23:42
Laricani: Tehranda ABŞ ilə danışıqların təşkili üzərində iş aparılır
Region23:21