"Qazaxıstandakı hadisələrdə Turan ideyası ilə bağlı məsələ qətiyyən yoxdur".
“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.
“Bəzi insanlar Qazaxıstandakı proseslərə həqiqətəuyğun olmayan şərhlər verirlər. Hətta Azərbaycana ziyan olan məlumatları da tirajlayırlar. Deyirlər ki, Qazaxıstanda olan hadisələr Turan ideyasının dağıdılmasıdır. Biz hadisələrə baxsaq görərik ki, proses gündəlik məsələlərdən başlayıb. Orada turançılıqla bağlı məsələ heç yoxdur. Orta Asiyada daha çox Çin və Rusiya maraqları toqquşur, nəinki Türkiyə-Rusiya”, - o bildirib.