BMTM rəhbəri NATO-Rusiya gərginliyindən danışıb

BMTM rəhbəri NATO-Rusiya gərginliyindən danışıb “Rusiyanın tələbi NATO-ya aiddir, Türkiyə dövlətinə qarşı deyil”.
Xarici siyasət
14 Yanvar , 2022 13:23
BMTM rəhbəri NATO-Rusiya gərginliyindən danışıb

“Rusiyanın tələbi NATO-ya aiddir, Türkiyə dövlətinə qarşı deyil”.

“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.

“Böyük dövlətlər müəyyən zonaları bölürlər. Rusiya tələbləri irəli sürərkən qəbul olunmayacağını bilirdilər. Yaxın zamanlarda NATO-nun genişlənəcəyinə inanmıram. NATO-da vəziyyətin gərginləşməsini istəməyən dövlətlər var. Türkiyə müstəqil oyunçudur, müstəqil siyasət aparır. Azərbaycan üçün Türkiyə ilə əlaqələri genişləndirmək çox vacibdir. Bu gün də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi