BMTİP-nin regional direktoru Azərbaycanda rəsmi şəxslərlə görüşüb

BMTİP-nin regional direktoru Azərbaycanda rəsmi şəxslərlə görüşüb BMT-nin baş katibinin müavini, İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Büronun direktoru İvana Jivkoviç Azərbaycanda rəsmi səfərdədir.
Xarici siyasət
29 May , 2024 22:22
BMTİP-nin regional direktoru Azərbaycanda rəsmi şəxslərlə görüşüb

BMT-nin baş katibinin müavini, İnkişaf Proqramının Administratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə Regional Büronun direktoru İvana Jivkoviç Azərbaycanda rəsmi səfərdədir.

"Report" xəbər verir ki, səfər çərçivəsində xanım Jivkoviç cari məsələlərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə bir sıra rəsmi görüşlər keçirib. BMTİP-nin Avropa və MDB üzrə regional direktoru Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb.

Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və xarici işlər nazirinin müavini Samir Şərifov ilə keçirilən görüşlərdə Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər), Azərbaycanda keçiriləcək COP29 Konfransı və digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi