BMT Təhlükəsizlik Şurasına beş yeni qeyri-daimi üzv seçilib

BMT Təhlükəsizlik Şurasına beş yeni qeyri-daimi üzv seçilib İspaniya Türkiyəni qabaqlayaraq, TŞ-nin qeyri-daimi üzvü seçilib
Xarici siyasət
17 Oktyabr , 2014 11:48
BMT Təhlükəsizlik Şurasına beş yeni qeyri-daimi üzv seçilib
Bakı. 17 oktyabr. REPORT.AZ/ BMT Baş Assambleyasında bu qurumun Təhlükəsizlik Şurasına beş yeni qeyri-daimi üzv seçilib. "Report" BMT-nin xəbərlər mərkəzinə istinadən məlumat verir ki, seçkinin nəticələrinə əsasən, 2015-ci ilin yanvar ayının 1-dən başlayaraq, Anqola, Venesuela, İspaniya, Malayziya və Yeni Zelandiya Şuranın tərkibinə daxil olacaq.

Anqola, Malayziya və Venesuela səsvermənin birinci turunda seçiliblər. İspaniya və Türkiyə ilə yanaşı, Şurada Qərbi Avropa və digər ölkələr qrupundan iki yer uğrunda mübarizə aparan Yeni Zelandiya da ilk turda qələbə qazanıb. 

İspaniya Türkiyəni ikinci turda qabaqlayıb, üçüncü turda isə səslərin üçdə iki hissəsini toplayıb.  

Dekabr ayının 31-də Ruanda, Koreya Respublikası, Argentina, Avstraliya və Lüksemburq Təhlükəsizlik Şurasındakı yerlərini təhvil verəcəklər.

Təhlükəsizlik Şurası BMT-nin 15 üzvündən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir. Daha on qeyri-daimi üzv hər il Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il onların beş üzvü əvəz olunur.

Son xəbərlər

Orphus sistemi