“Azərbaycan daha dayanıqlı gələcəyə yol tapmaq üçün bizi bura dəvət edib və bir çox məsələlərdə yol göstərir”.
“Report” xəbər verir ki, bunu IX Qlobal Bakı Forumunun iştirakçısı, iqtisadi məsələlər üzrə professor, BMT təmsilçisi, dayanıqlı inkişaf üzrə lider Andriya Erak (Andrija Erac) bildirib.
O deyib ki, bu regionda dayanıqlı inkişafa töhfə vermək məqsədilə müxtəlif oyunçuları səfərbər etmək üçün komandam ilə bu forumda iştirak edirəm: "Tədbir ən vacib məsələləri müzakirə etməyə və ümumi həll yolları tapmağa imkan verəcək. Açılış mərasimində çıxış edən natiqlərin çoxu əsas diqqəti Azərbaycanda, regionda və ümumiyyətlə, dünyada sülh və sabitliyin təmin edilməsinə ayırıblar. Tədbir iştirakçıları başa düşürlər ki, sülh olmadan iqlim, dayanıqlı inkişaf və digər zəruri məsələləri həll edə bilmərik”.