Anqola, Malayziya və Venesuela səsvermənin birinci turunda seçiliblər. İspaniya və Türkiyə ilə yanaşı, Şurada Qərbi Avropa və digər ölkələr qrupundan iki yer uğrunda mübarizə aparan Yeni Zelandiya da ilk turda qələbə qazanıb.
İspaniya Türkiyəni ikinci turda qabaqlayıb, üçüncü turda isə səslərin üçdə iki hissəsini toplayıb.
Dekabr ayının 31-də Ruanda, Koreya Respublikası, Argentina, Avstraliya və Lüksemburq Təhlükəsizlik Şurasındakı yerlərini təhvil verəcəklər.
Təhlükəsizlik Şurası BMT-nin 15 üzvündən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Təhlükəsizlik Şurasının daimi üzvləridir. Daha on qeyri-daimi üzv hər il Baş Assambleya tərəfindən iki il müddətinə seçilir. Hər il onların beş üzvü əvəz olunur.