BMT rəsmisi: Minaların basdırıldığı yerlər haqqında məlumatların olmaması Qarabağa məcburi köçkünün qayıtmasına maneədir

BMT rəsmisi: Minaların basdırıldığı yerlər haqqında məlumatların olmaması Qarabağa məcburi köçkünün qayıtmasına maneədir Qarabağda basdırılan minalar minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə bölgəyə geri qayıtmasına əsas maneədir.
Xarici siyasət
17 Aprel , 2024 15:22
BMT rəsmisi: Minaların basdırıldığı yerlər haqqında məlumatların olmaması Qarabağa məcburi köçkünün qayıtmasına maneədir

Qarabağda basdırılan minalar minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə bölgəyə geri qayıtmasına əsas maneədir.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo deyib.

"Münaqişədən sonrakı vəziyyətlərdə aidiyyəti tərəflər minaların təmizlənməsini asanlaşdırmaq, daha çox insan tələfatının və xəsarətlərin qarşısını almaq və həyatın normal vəziyyətə qayıtmasını təmin etmək üçün xəritələr də daxil olmaqla mövcud məlumatları qarşı tərəflə bölüşməlidir. Minaların basdırıldığı yerlər haqqında ətraflı məlumatların olmaması Qarabağ bölgəsində minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə bölgəyə geri qayıtmasına əsas maneədir", - o vurğulayıb.

A.Rokkasalvonun müsahibəsini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi